Bu ilin 9 ayında Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı açıqlandı - Ən çox icazə verilən 10 ölkə
2023-cü ilin 9 ayında 108 ölkənin 9190 mindən çox vətəndaşına iş icazəsi rəsmiləşdirilib.
1news.az xəbər verir ki, bunu Dövlət miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov deyib.
V. Hüseynov Azərbaycanda vətəndaşlarına ən çox iş icazəsi verilən 10 ölkənin adını açılayıb.
“Bu ilin 9 ayında 5207 Türkiyə, 742 Rusiya, 443 Hindistan, 394 Birləşmiş Krallıq, 370 Çin, 234 Türkmənistan, 211 Pakistan, 163 Ukrayna, 149 Filippin, 129 Gürcüstan vətəndaşına Azərbaycanda işləmək üçün icazə verilib .
Qeyd olunub ki, iş icazəsi verilmiş şəxslər əsasən 36-69 yaş aralığında kişilər olub.
241