DSX-nin əsgəri vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-nin əsgəri vəfat edib

12:08 - 16 / 11 / 2023
DSX-nin əsgəri vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

Bu barədə 1news.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər