ASG Leonardo şirkətindən helikopterlər alacaq - Memorandum imzalandı | 1news.az | Xəbərlər
Cəmiyyət

ASG Leonardo şirkətindən helikopterlər alacaq - Memorandum imzalandı

16:25 - 20 / 11 / 2023
ASG Leonardo şirkətindən helikopterlər alacaq - Memorandum imzalandı

14.11.2023-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Air Show 2023” sərgisi zamanı Azərbaycan Respublikası aviasiya şirkətlər qrupu “Aviation Services Group” (ASG) və İtaliyanın helikopter istehsalçısı olan Leonardo şirkəti arasında yeni nəsil helikopterlərin alınması barədə danışıqlar və əməkdaşlığın strateji istiqamətlərin və perspektiv planları müzakirə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq, “ASG Helicopter Services” MMC və “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkəti arasında Leonardo şirkəti tərəfindən istehsal olunan 3 (üç) ədəd yeni nəsildən olan “Agusta Westland 189” tipli müasir helikopterlərin alınması barədə Memorandum imzalanmışdır. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən növbəti 2 (iki) il ərzində beynəlxalq aviasiya standartlarına və uçuşların təhlükəsizliyi tələblərinə uyğun, ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 2 (iki) ədəd AW 189 tipli hava gəmisi və sonradan əlavə 1 (bir) ədəd eyni tipli hava gəmisinin alınması nəzərdə tutulur.

Memorandumun imzalanması “ASG Helicopter Services” MMC-nin Baş direktoru cənab Azər Sultanov və “Exclases” şirkətinin İcraçı direktoru cənab Paul Ploshansky tərəfindən həyata keçirilmiş və təntənəli mərasimdə “ASG” şirkətlər qrupunun Prezidenti cənab Teymur Məmmədov, Leonardo şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə satış üzrə Baş vitse-prezidenti cənab Andrea Mirteto, “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkətinin Azərbaycan və Gürcüstan üzrə Satış direktoru cənab Fuad Şabanov və digər rəsmi şəxslər iştirak etmişdirlər.

Razılaşmaya əsasən təchiz ediləcək yeni hava gəmiləri “ASG Helikopter Services” MMC şirkətinin hava gəmiləri parkını genişləndirərək, şirkət tərəfindən Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində fəaliyyət göstərən neft şirkətlərinə göstərilən aviasiya xidmətlərinin keyfiyyətinə, personal, sərnişin və yük aviadaşımalarının təhlükəsizliyinə böyuk töhfə verəcək.

“ASG Helikopter Services” MMC şirkəti 15 il ərzində fəaliyyət göstərərək Xəzər regionunun Helikopter xidmətləri sahəsində ən mühüm və ən müasir aviasiya müəssisəsidir. Şirkətin hava gəmiləri parkında Amerikanın Sikorsky S92, İtaliyanın AW139 və AW 109 tipli, Fransanın Airbus Helicopters AS-332L1, Russiyanın Mi tipli helikopterləri istismar edilir. Aviaşirkətin əsas fəaliyyəti Xəzər dənizində yerləşən neft platformalarına personal, sərnişin və yüklərin daşınmasıdır. Eyni zamanda şirkət Helikopter xidmətləri sahəsində müxtəlif xidmətlər və əməliyyatları aparır, o cümlədən axtarış-xilasetmə, tibbi təxliyyə, hava məkanından çəkiliş, fərdi xüsusi turist daşımaları, xarici aslıqanla daşınmalar, və s. Şirkət təhlükəli yüklərin daşınması üzrə sertifikata malikdir.

Eyni zamanda EASA (Avropa Mülkü Aviasiya Agentliyi) tərəfindən verilən sertifikata əsasən (Part 145 təşkilatı) “ASG Helikopter Services” MMC parkında olan bütün hava gəmilərinə tam texniki xidmətlərin göstərilməsini təmin edir, Leonardo şirkəti tərəfindən avtorizə edilmiş servis mərkəzi (Authorization Service Center) Sertifikatına layiq görülmüşdür və 2021-ci ildən bu Sertifikatın sahibidir.

Reklam hüququnda

Paylaş:
284

Son xəbərlər

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49Bu il martın 1-dən Azərbaycanda tanınan xarici diplomların sayı açıqlandı28 / 11 / 2023, 15:27Bu il akkreditasiyadan keçən universitetlərin sayı açıqlanıb28 / 11 / 2023, 15:09Azərbaycan XİN Albaniyanı təbrik edib28 / 11 / 2023, 15:04ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb28 / 11 / 2023, 14:30Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTO28 / 11 / 2023, 14:29Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir28 / 11 / 2023, 13:59Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyasına başlanılacaq”28 / 11 / 2023, 13:42Maştağada avtomobildən 7000 manat oğurlanıb28 / 11 / 2023, 13:37
Bütün xəbərlər

Next TV