Zabuxda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabuxda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

16:56 - 20 / 11 / 2023
Zabuxda daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün Laçının Zabux kəndinə qayıdan daha 25 ailəyə evlərin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

09:02

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 20-də rayonun Zabux kəndinə növbəti 25 ailə (91 nəfər) yola düşüb.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla da indiyədək Zabux kəndində 96 ailənin, yəni, 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, kəndə ilk köç bu il avqustun 25-də baş tutub.

Paylaş:
288

Son xəbərlər

8 Noyabr prospekti - Zığ yolu təmir olunur02 / 12 / 2023, 18:01Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb02 / 12 / 2023, 17:50Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ02 / 12 / 2023, 17:40“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib02 / 12 / 2023, 17:30Naxçıvanda məktəblər dezinfeksiya olunur02 / 12 / 2023, 17:18Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb02 / 12 / 2023, 16:57Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO02 / 12 / 2023, 16:38Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO02 / 12 / 2023, 16:18Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib02 / 12 / 2023, 16:00Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib02 / 12 / 2023, 15:38Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib02 / 12 / 2023, 15:14Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır02 / 12 / 2023, 14:47Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib02 / 12 / 2023, 14:29Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər02 / 12 / 2023, 13:55Azərbaycan XİN BƏƏ-ni təbrik edib02 / 12 / 2023, 13:36FHN ağacəkmə aksiyası keçirib02 / 12 / 2023, 13:29İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır02 / 12 / 2023, 13:06Sabahın hava proqnozu02 / 12 / 2023, 12:45Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO02 / 12 / 2023, 12:27FHN: Ötən sutka ərzində 50 yanğına çıxış, 3 nəfər xilas edilib02 / 12 / 2023, 12:17
Bütün xəbərlər

Next TV