Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir

10:42 - 20 / 11 / 2023
Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir

Bu gün Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim ediləcək.

Sonda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr olacaq.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər