FHN dəm qazı ilə əlaqədar əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN dəm qazı ilə əlaqədar əhaliyə müraciət edib

09:51 - 21 / 11 / 2023
FHN dəm qazı ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Havaların soyuması dəm qazı təhlükəsinin aktuallığını daha da artırır. Belə ki, təbii qaza olan tələbatın artdığı mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi fəsadlara gətirib çıxarır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazı təhlükəsinin törətdiyi faciəli hallar baş verir".

Yuxarıdakıları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

• qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

"Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə vurğulanır.

Paylaş:
88

Son xəbərlər

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilibBu gün, 18:07İlhan Şeşenə yenidən xərçəng diaqnozu qoyulubBu gün, 17:47Naxçıvanda dekabr ayının pensiyaları ödənilibBu gün, 17:27Tovuzda məktəbli bıçaq xəsarəti alıbBu gün, 17:08Yol polisi piyadaları qaranlıq vaxtı əlvan və işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etməyə çağırıbBu gün, 16:48DYP: Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!Bu gün, 16:45İlham Əliyev Keniyanın prezidentini Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 16:11Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıbBu gün, 16:05TƏBİB Hepatit A xəstəsinin qızılcaya yoluxması barədə iddialara cavab veribBu gün, 15:44Bakı COP29-a ev sahibliyi edəcəkBu gün, 15:27Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin olunubBu gün, 15:03Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 14:45Yaşar Əliyevlə vida mərasimi keçirilibBu gün, 14:28Bakıda vətəndaşlardan 38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanılıbBu gün, 14:14Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 14:03Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıbBu gün, 13:42Zakir Həsənov: Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdırBu gün, 13:36Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib, Zakir Həsənov gələn il üçün tapşırıqlar veribBu gün, 13:32İcma: “Prezident İlham Əliyevin bəyanatlarını bölgədə əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik”Bu gün, 13:16Bu gün Ağcabədidə su kəsiləcəkBu gün, 13:13
Bütün xəbərlər

Next TV