Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib

Qafar Ağayev17:23 - 22 / 11 / 2023
Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Nazir Leo Dokerti 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. O, Birinci Dünya müharibəsi illərində Bakıda həlak olan Britaniya və Birlik əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub", - diplomatik nümayəndəlikdən bildirilib.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər