“Veysəloğlu”dan əməkdaşlarının övladlarının təhsilinə dəstək - Tələbəmiz var
Veysəloğlu Şirkətlər Qrupu 10 il ərzində əməkdaşlarının övladları olan 400-dək tələbəyə təqaüd ödəyib.
“Tələbəmiz var” Proqramı 2012-ci ildən həyata keçirilir. Təqaüd şirkətlər qrupu və qrupa daxil olan şirkətlərdə çalışan əməkdaşların məlumatı əsasında ayrılır.
500 baldan yüksək nəticə göstərən tələbələrə ödənilən aylıq təqaüd yalnız valideyn Veysəloğlu Şirkətlər Qrupunda işini tərk etdiyi halda dayandırılır. Tələbə təqaüdü dövlət təqaüdü məbləğində müəyyən edilir. 300-500 bal arasında nəticə göstərən tələbələrə isə topladığı bala uyğun olaraq birdəfəlik mükafatlar verilir.
Şirkətlər Qrupu şəhid və müharibə veteranı olan əməkdaşlarının övladlarına isə heç bir şərtsiz aylıq təqaüd ödəyir.
““Tələbəmiz var” Proqramı təkcə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün loyallıq proqramı deyil. Bu, şirkətimizin inkişafını dəstəklədiyi prioritet sahələrdən biri olan təhsilə investisiyasıdır. Biz qarşıda təhsilə dəstəklə bağlı bir sıra yeni layihələrin də icrasına başlayacağıq”, - deyə Veysəloğlu Şirkətlər Qrupunun insan resurları üzrə direktoru Ziya Rəcəbov belə bildirib.
Reklam hüququnda