Gömrükçülər lokomotivdə gizlədilən siqaretləri aşkar ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər lokomotivdə gizlədilən siqaretləri aşkar ediblər

16:37 - 23 / 11 / 2023
Gömrükçülər lokomotivdə gizlədilən siqaretləri aşkar ediblər

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən “Yalama” gömrük postunun idxal gömrük nəzarəti xəttində ölkəmizə gələn lokomotivə gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsindən 1news.az-a bildirilib ki, yoxlama zamanı lokomotivin içərisində döşəmənin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən 8 min ədəd "Parlament Heets" markalı siqaret aşkar olunub.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər