Bakıda inşaat materialları bazarındakı yanğının açıq alov mənbələri söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB 4
Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10:02
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
09:05
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədirlər.
Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
***
08:41
Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.
1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Saat 07:50
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Məlumat yayıb.
Bildirilib ki, Yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.