Bu gün Füzuli və Beyləqan rayonlarında qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Füzuli və Beyləqan rayonlarında qaz olmayacaq

Qafar Ağayev08:42 - 24 / 11 / 2023
Bu gün Füzuli və Beyləqan rayonlarında qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz”, "Allahyarlı” və "Əhmədbəyli" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə 1news.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər