Bakıda ticarət mərkəzindəki mağazadan oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ticarət mərkəzindəki mağazadan oğurluq edilib

10:49 - 24 / 11 / 2023
Bakıda ticarət mərkəzindəki mağazadan oğurluq edilib

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər