Qubada Regional Travmatoloji Mərkəz yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

12:43 - 25 / 11 / 2023
Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb.

TƏBİB-dən 1news.az-a verilən xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb.

Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər