Baş Prokurorluq tikintisi davam edən binalardan mənzil almaq istəyən vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq tikintisi davam edən binalardan mənzil almaq istəyən vətəndaşlara müraciət edib

16:16 - 27 / 11 / 2023
Baş Prokurorluq tikintisi davam edən binalardan mənzil almaq istəyən vətəndaşlara müraciət edib

Baş Prokurorluq tikintisi davam edən binalardan mənzil almaq istəyən vətəndaşlara müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan zaman diqqət edilməli hallar

Tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirə bilərlər:

- binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

- müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə;

- müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı;

- istismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda);

- alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər;

- mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

- Tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər, habelə kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri".

Paylaş:
219

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər