Maştağada avtomobildən 7000 manat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağada avtomobildən 7000 manat oğurlanıb

13:37 - 28 / 11 / 2023
Maştağada avtomobildən 7000 manat oğurlanıb

Noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər