Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir

13:59 - 28 / 11 / 2023
Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir

Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.

1news.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5yaş;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

Qüvvədə olan qanuna əsasən isə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş müəyyən edilir.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər