ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb

14:30 - 28 / 11 / 2023
ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb

28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb", - XİN-in məlumatında qeyd olunub.

Paylaş:
331

Son xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edir10 / 10 / 2024, 19:31Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək10 / 10 / 2024, 17:45Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTO10 / 10 / 2024, 17:06Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib10 / 10 / 2024, 16:49Bakının məşhur məktəbinə direktor təyin olundu10 / 10 / 2024, 16:21Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıb10 / 10 / 2024, 15:46“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib - FOTO10 / 10 / 2024, 15:37Sabahdan temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 10 / 2024, 15:09INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi10 / 10 / 2024, 14:54Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıb10 / 10 / 2024, 13:54Bakı sakininə 14 min manatlıq dələduzluq edilib10 / 10 / 2024, 13:47Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçirib10 / 10 / 2024, 13:296 nəfər sərhəd pozucusu saxlanılıb - FOTO10 / 10 / 2024, 13:03Sabahın hava PROQNOZU10 / 10 / 2024, 12:44Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar elan olunub - FOTO10 / 10 / 2024, 12:21İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB10 / 10 / 2024, 12:05“SİMA Token”in onlayn sifarişi mümkün oldu10 / 10 / 2024, 11:48Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulub10 / 10 / 2024, 10:50AMB 10 oktyabra olan valyuta məzənnələrini açıqladı10 / 10 / 2024, 10:33Azərbaycan nefti ucuzlaşıb10 / 10 / 2024, 10:22
Bütün xəbərlər