Bakıda ticarət mərkəzində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ticarət mərkəzində yanğın olub

Qafar Ağayev17:11 - 28 / 11 / 2023
Bakıda ticarət mərkəzində yanğın olub

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər