”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO

16:18 - 28 / 11 / 2023
”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO

Üslubun innovasiya ilə birləşdiyi ultrabuklar dünyasında ASUS-un “Zenbook” seriyası funksionallıq və performansın ideal təcəssümünü yaradaraq unikal eleqantlığı və texnoloji mükəmməlliyi ilə seçilir.

Bu cihazlar təkcə zərif dizaynı ilə fərqlənmir, həm də istifadəçiyə aşağıdakı materialda daha ətraflı tanış ola biləcəyiniz maraqlı qabaqcıl texnologiyalar dünyasına səyahət etmək imkanı yaradır.

Zenbook S 13 OLED (UX5304VA)

“Zenbook S 13 OLED” (UX5304VA) zərif eleqantlığı və qabaqcıl texnologiyaları ilə heyranlıq doğurur. ASUS seriyasının ekoloji cəhətdən ən təmiz məhsulu adına layiq görülmüş bu ultrabuk təkcə zərif dizaynı ilə deyil, həmçinin istehsalın hər mərhələsində təkrar emal materiallarından istifadə olunması ilə seçilir. Korpusun hazırlandığı metaldan karton qablaşdırmayadək - hər şey təbiətə qayğını təcəssüm etdirir.

Cəmi 1 sm qalınlığı və 1 kq çəkisi olan “Zenbook S 13 OLED” texnoloji mükəmməlliyin zirvəsidir. Onun 13,3 düymlük “ASUS Lumina OLED” ekranı “Pantone” və “DisplayHDR True Black 500” sertifikatlı mükəmməl rəngötürmə qabiliyyəti ilə valeh edir, eyni zamanda aparatəsaslı mavi işıq filtri uzunmüddətli istifadə zamanı komfortu təmin edir. Təkmilləşdirilmiş soyutma sistemi 13-cü nəsil “Intel Core i7” prosessoruna yüksək mobilliyi qorumaqla 20% daha güclü işləməyə imkan verir.

“Plasma Ceramic Aluminum” adlanan alüminium oksid keramika materialı ilə üzlənmiş korpusun istehsalı davamlılığın xoş toxunma qabiliyyəti ilə birləşdiyi əsl sənət əsəridir. Qeyd etmək lazımdır ki, bu proses zamanı yalnız sudan istifadə edilir ki, bu da güclü turşulardan və ya ağır metallardan istifadə zərurətini aradan qaldırır. Son dərəcə nazik metal korpus, ətraf mühitin mühafizəsi ​​və qabaqcıl texnologiyalar sayəsində “Zenbook S 13 OLED” üslubun, effektivliyin və planetimizin qayğısına qalmağın mükəmməl ahəngini təcəssüm etdirir.

Zenbook 14X OLED (UX3404VA)

“Zenbook”un əsas məhsul seriyası haqqında parlaq təəssürat yaradan “Zenbook 14X OLED” (UX3404VA) modeli “Zenbook S 13 OLED” üslubunun standartlarını əks etdirən, zərif alüminium oksid keramika üzlüklü metal korpusda yerləşdirilmiş ultranazik və yüngül noutbukdur. 2880x1800 pikselli genişlənməyə malik 14 düymlük “ASUS Lumina OLED” displeyi 120 Hz tezlikdə işləyir və yüksək rəng dəqiqliyinə malik heyrətamiz dərəcədə səliqəli təsvirlər təqdim edir.

Kompusunun qalınlığı cəmi 1,5 sm-dən bir qədər artıq olsa da, "Zenbook 14X OLED" ən son, 13-cü nəsil güclü "Intel Core" prosessoru ilə təchiz edilib. Sınaqlar göstərir ki, yeni məhsul əvvəlki nəsil "Zenbook"u demək olar ki, 1,5 dəfə üstələməklə yanaşı, cəmi 1,5 kq-lıq çəkisi ilə yüksək mobillik qabiliyyətini qoruyub saxlayır. 70 Vt/s gücə malik batareya sayəsində noutbuku bütün iş günü ərzində şarj etmədən istifadə edə bilərsiniz.

Bu ultrabukun üstünlükləri təkcə 14 düymlük “ASUS Lumina OLED” displeyində əla görüntü keyfiyyəti ilə bitmir. Onun digər üstünlükləri sırasında nazik metal korpusu, tutumlu batareyanı, 13-cü nəsil “Intel Core” prosessoru ilə qabaqcıl texnologiyaları, həmçinin plazma-elektrolitik oksidləşmə nəticəsində əldə olunan və utrabuka zərif “Sandstone Beige” rəng çaları qatan unikal keramik “Plasma Ceramic Aluminum” örtüyünü göstərmək olar. HDMI, USB-A və 2 USB-C/Thunderbolt 4 daxil olmaqla birləşdiricilər dəsti şarj etmə və əlavə displeylər qoşma imkanları sayəsində noutbukun funksionallığını tamamlayır. “Zenbook 14X OLED” adi noutbuk deyil, qabaqcıl texnologiyaların dəbli və mobil form-faktorda təcəssümüdür.

Zenbook Pro 14 Duo OLED (UX8402VV)

“Zenbook Pro 14 Duo OLED” (UX8402VV) əfsanəvi “Zenbook Duo” seriyasının dördüncü nəslini təmsil edir. Bu seriya foto və videoların redaktə edilməsi, 3D modelləşdirmə və səs üzərində iş kimi müxtəlif tapşırıqları və güclü yaradıcı proqramları effektiv şəkildə idarə etmək üçün nəzərdə tutulub. Noutbuk iki ekranla təchiz edilib: əsas hissədə 2,8K (120Hz) təsvir ölçüsünə malik mükəmməl 14,5 düymlük OLED displey və avtomatik olaraq əlverişli bucağı tutan eyni genişlənmə xüsusiyyətlərinə malik “ScreenPad Plus” sensor ekranı. “ScreenPad Plus” ilə siz iş sahəsinin səmərəli təşkili, “Adobe” tətbiqlərinin idarəetmə elementləri üçün tənzimlənə bilən iş sahəsi və stilus dəstəyi üçün unikal imkanlar əldə edirsiniz ki, bu da işi daha çevik və intuitiv həyata keçirməyə şərait yaradır.

“Zenbook Pro 14 Duo OLED” noutbukları standart qabaritlər çərçivəsini aşır. Belə ki, qabaqcıl “Intel Core i9-13900H prosessoru (14 nüvəli) və yüksək səviyyəli “NVIDIA GeForce RTX 4060” qrafikası güclü performansa malik peşəkar iş stansiyası yaratmağa imkan verir. Aktiv aerodinamik “AAS Ultra” sistemi daxil olmaqla, əvvəllər yalnız qabaqcıl ROG oyun noutbukları üçün səciyyəvi olan texnologiyaların tətbiqi səmərəli və etibarlı soyutmanı təmin edir.

Bu modelin əsas üstünlükləri təkcə iki ekran sayəsində eyni anda bir neçə tapşırığı effektiv şəkildə yerinə yetirmək qabiliyyəti ilə məhdudlaşmır. Belə ki, 13-cü nəsil “Intel Core” prosessoru və “NVIDIA GeForce RTX 4060” qrafik kartı ən yüksək performansı təmin etməyə imkan verir. 2,8K təsvir genişlənməsini, 120Hz tezliyini, HDR, həmçinin DCI P3 rəng sahəsinin tam əhatə olunmasını dəstəkləyən inqilabi 14,5” OLED displeyi böyük vizual təcrübə yaradır. “Zenbook Pro 14 Duo OLED” adi noutbuk deyil, müasir dünyada yaradıcı ilham və səmərəli iş üçün vasitədir.

Qeyd edək ki, “ASUS”un “Zenbook” seriyalı ultrabukları təkcə yüksək texnologiyalı cihazlar deyil, onlar mobil hesablamaya baxış tərzinizi dəyişdirmək üçün yaradılıb. Unikal “Lumina OLED” displeyi ilə təchiz edilmiş, ekoloji cəhətdən təmiz “Zenbook S 13 OLED”dən tutmuş, premium keyfiyyətli keramik örtüyə malik yüngül və güclü “Zenbook 14X OLED”ə, yaxud “Zenbook Pro 14 Duo OLED”in timsalında çoxfunksiyalı noutbukadək – bu seriyanın hər modeli üslub, yenilik və yüksək performansın ahəngini təcəssüm etdirir.

Bu ultrabuklar sadəcə iş görmək üçün nəzərdə tutulmuş alətlər deyil - onlar zamanından və məkanından asılı olmayaraq, yaradıcılıq, effektiv iş və əyləncə zamanı ilhamlan verən yoldaşlarınızdır. İstər Zenbook S 13 OLED”in zərif eleqantlığı olsun, istər “Zenbook 14X OLED”in qabaqcıl texnologiyaları, istərsə də “Zenbook Pro 14 Duo OLED”in eyni anda bir neçə tapşırığı icra etmək və güclü performans imkanları, bu seriyaya daxil olan ultrabuklar özündə estetikanın funksionallıqla qovuşduğu, mobilliyin isə kompromis tanımadığı müasir hesablama fəlsəfəsini daşıyır.

Siz “Zenbook” ultrabuklarını seçməklə sadəcə texniki vasitə deyil, imkanlarınızı daha üst səviyyəyə çıxarmaq üçün nəzərdə tutulmuş dəbli və güclü alət əldə etmiş olursunuz – qabaqcıl texnologiyaları özündə birləşdirən bu noutbuklar yaradıcılıq və iş yolunuzda etibarlı yoldaşlarınız olmaqla yanaşı, həm də fərdiliyinizi qabardacaq.

Sizi sevindirəcək əlavə bonus

2023-cü il noyabrın 1-dən dekabrın 31-dək “Zenbook”, “Vivobook S” və “Vivobook Pro” seriyasından olan noutbukları əldə etmək daha sərfəlidir. Belə ki, bu halda siz “Microsoft 365” ofis proqramları üçün 1 illik aktivasiya kodundan faydalanmaq üçün unikal fürsət əldə edirsiniz. Bu hədiyyə ilə ultrabukdan daha məhsuldar və rahat istifadə edə biləcəksiniz.

Bu təklifdən yararlanmaq üçün aldığınız məhsulu 7 yanvar 2024-cü il tarixinədək aksiyanın rəsmi saytı olan https://asus.events/microsoft ünvanında qeydiyyatdan keçirməyiniz kifayətdir. Beləliklə, siz dəbli və yüksək performansa malik cihazla yanaşı, həm də “Microsoft 365” paketi ilə 1 il ərzində işləmək imkanını nəzərdə tutan unikal bonus əldə edirsiniz.

Yüksək keyfiyyətli ASUS OLED ekranları ilə təchiz olunmuş “Zenbook” və “Vivobook” noutbukları istər təhsil, istər yaradıcı proqramlarda iş, istərsə də əyləncə kimi gündəlik işlərdə etibarlı yoldaşlarınız olacaq. Müxtəlif modellər arasında cəmi 1 kq çəkisi olan yüngül “Zenbook S 13 OLED”dən tutmuş “Intel Core i9” prosessoru ilə təchiz edilmiş güclü “Zenbook Pro 16 OLED”dək sizə uyğun ideal variantı tapa bilərsiniz.

Aksiya Azərbaycan, Özbəkistan, Qırğız Respublikası, Moldova, Gürcüstan, Tacikistan və Türkmənistan ərazisində keçərlidir. Noutbukunuzu zənginləşdirmək və gündəlik işlərdə etibarlı tərəfdaşınız olan “Microsoft 365” ilə iş prosesinizi optimallaşdırmaq fürsətini qaçırmayın!

Reklam hüququnda

Paylaş:
351

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər