Azərbaycanın innovativ notariat sisteminə beynəlxalq maraq artır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın innovativ notariat sisteminə beynəlxalq maraq artır - FOTO

10:53 - 28 / 11 / 2023
Azərbaycanın innovativ notariat sisteminə beynəlxalq maraq artır - FOTO

Belarus Respublikasında notariat fəaliyyətinin təşkilinin 10-cu ildönümü münasibətilə Minsk şəhərində “Notariusun işində rəqəmsallaşma” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib.

1news.az xəbər verir ki, bir sıra dövlətlərin, o cümlədən Azərbaycan Notariat Palatasının təmsil olunduğu tədbirin açılışında Belarusun ədliyyə naziri, Ali Məhkəməsinin sədri, Prezident Administrasiyası rəhbərinin müavini, Belarus Notariat Palatasının sədri və digər dövlət rəsmiləri yubileylə bağlı təbrik nitqləri söyləyiblər.

Konfransda Belarus, Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Notariat palatalarının, Ədliyyə nazirliklərinin nümayəndələri tərəfindən notariusların işində rəqəmsallaşma, notariat sənədlərinin məsafədən rəsmiləşdirilməsi, elektron notariat sənədləri, vahid notariat informasiya sistemində yeni elektron xidmətlər, avtomatik oxunan etibarnamələr, daşınmaz əmlak əməliyyatlarında rəqəmsal notariatın rolu mövzularında məruzələri dinlənilib, iştirakçı dövlətlər notariat sahəsində aparılan islahatlar və yeniliklər barədə öz təcrübələrini bölüşüblər.

Nümayəndə heyətimizin üzvü, Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin məsləhətçisi Zaur Həsənov “Notariat sənədlərinin məsafədən rəsmiləşdirilməsi - Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək ölkəmizdə notariat xidmətinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə rəqəmsal yeniliklər barədə məlumat verib, təqdimat nümayiş etdirilib.

Azərbaycanda “Elektron notariat” informasiya sisteminin, əhaliyə məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən “Mobil notariat”ın, yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi böyük maraqla qarşılanıb.

Səfər zamanı Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu Elmar Kərimovun və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Nadir Zeynalovun da təmsil olunduğu Azərbaycanın nümayəndə heyəti tərəfindən Minsk şəhərində fəaliyyət göstərən notariat ofislərinə baş çəkilib, notariat işi ilə tanış olunaraq faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Paylaş:
500

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər