Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Qafar Ağayev13:13 - 29 / 11 / 2023
Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Noyabrın 29-da keçirilən Akademiyanın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə də baxılıb.

1news.az xəbər verir ki, Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə əsasən, dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Akademiyanın fəxri üzvləri seçilə bilərlər.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Akademiyanın Nizamnaməsinin verdiyi səlahiyyətlərə əsaslanan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-da elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, Türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, professor Əziz Səncərə ünvanladığı 24 oktyabr 2023-cü il tarixli məktubda bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 29 noyabr 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağında görkəmli elm xadimi, Türk dünyasının fəxri və Azərbaycan xalqının xüsusi rəğbət bəslədiyi böyük vətənpərvər alim kimi sizin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməyiniz nəzərdə tutulur”. Məktubda o da bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət göstərdiyi 78 il ərzində Akademiyanın Ümumi Yığıncağı tərəfindən 13 nəfər fəxri üzv seçilib.

Nobel mükafatı laureatı, professor Əziz Səncərin akademik İsa Həbibbəyliyə ünvanladığı 25 oktyabr 2023-cü il tarixli məktubda təklifə müsbət cavab verilib və vurğulanıb ki, “məni vətənim bildiyim Azərbaycanın adını daşıyan Milli Elmlər Akademiyasının fəxri üzvlüyünə layiq görən bütün Akademiya üzvlərinə minnətdarlığımı bildirirəm. Akademiya rəhbərliyinin bu təklifini böyük məmnuniyyətlə qəbul edirəm. Azərbaycan hər zaman mənim qəlbimdədir. Bunu hər fürsətdə dilə gətirirəm. Türk dünyasının ayrılmaz parçası olan can Azərbaycanda elmin inkişafına əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bu vəsilə ilə Akademiyanın bütün kollektivinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli Nizamnamənin 5.15. bəndinə müvafiq olaraq Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması üçün Kimya Elmləri Bölməsinə müraciət edib. Akademik İsa Həbibbəylinin müraciətinə uyğun olaraq, 20 noyabr 2023-cü il tarixində AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib və Şimali Karolina Universitetinin professoru Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

AMEA-nın Kimya Elmlər Bölməsinin Ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

Paylaş:
408

Son xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edirBu gün, 19:31Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcəkBu gün, 17:45Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOBu gün, 17:06Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edibBu gün, 16:49Bakının məşhur məktəbinə direktor təyin olunduBu gün, 16:21Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıbBu gün, 15:46“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib - FOTOBu gün, 15:37Sabahdan temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 15:09INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildiBu gün, 14:54Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıbBu gün, 13:54Bakı sakininə 14 min manatlıq dələduzluq edilibBu gün, 13:47Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçiribBu gün, 13:296 nəfər sərhəd pozucusu saxlanılıb - FOTOBu gün, 13:03Sabahın hava PROQNOZUBu gün, 12:44Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar elan olunub - FOTOBu gün, 12:21İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİBBu gün, 12:05“SİMA Token”in onlayn sifarişi mümkün olduBu gün, 11:48Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 10:50AMB 10 oktyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 10:33Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər