Şamaxıda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda ev yanıb

13:29 - 29 / 11 / 2023
Şamaxıda ev yanıb

Şamaxının Şəhriyar qəsəbəsində yanğın hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün saat 11 radələrində Kərimov İlham Adil oğluna məxsus 5 otaqlı, 200 kvadratmetrlik yaşayış evində qeydə alınıb.

Əraziyə Şamaxı rayon Yanğından mühafizə xidmətinin 3 avtomobili cəlb olunub, yanğın söndürülüb, evin yaxınlığında olan yarımtikililər və yaşayış evləri mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər