Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Qafar Ağayev15:50 - 29 / 11 / 2023
Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

29 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramaneni qəbul edib.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində sədrliyi dönəmində irəli sürülmüş təşəbbüslərin hərəkatın yenidən dirçəlməsi istiqamətində mühüm rol oynaması təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
342

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTO03 / 10 / 2024, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTO03 / 10 / 2024, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib03 / 10 / 2024, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVAB03 / 10 / 2024, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb03 / 10 / 2024, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir03 / 10 / 2024, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB03 / 10 / 2024, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib03 / 10 / 2024, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib03 / 10 / 2024, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ03 / 10 / 2024, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcək03 / 10 / 2024, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölüb03 / 10 / 2024, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO03 / 10 / 2024, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulub03 / 10 / 2024, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq03 / 10 / 2024, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib03 / 10 / 2024, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin03 / 10 / 2024, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub03 / 10 / 2024, 14:41
Bütün xəbərlər