Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

17:32 - 29 / 11 / 2023
Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Noyabrın 29-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri bu gün 17 ailəyə qucaq açıb və daha 63 nəfərin yurd həsrəti bitib.

Laçına köçən ailələr Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrindən ibarət olub.

Evlərin açarlarının təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Qalib Abasov, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev və “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak ediblər.

09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Paylaş:
580

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər