FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı - SƏBƏB

Qafar Ağayev10:05 - 29 / 11 / 2023
FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı - SƏBƏB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Goranboy rayonunda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Məmləkət Əhəd qızı Cəfərovaya məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.

Nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.

Paylaş:
215

Son xəbərlər

Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılırBu gün, 14:15Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıbBu gün, 14:01Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edibBu gün, 13:42Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilibBu gün, 13:27Dövlət başçısı Ağdamda Divar kağızları istehsalı zavodunun açılışındaBu gün, 13:25Sığortaolunanların sayı 2,39% artıbBu gün, 13:25Ağdamda Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışı olubBu gün, 13:10“Antiterror tədbirlərinin Ermənistan XİN tərəfindən “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir”Bu gün, 12:51DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQBu gün, 12:44Sabah yağış yağacaq - ProqnozBu gün, 12:34Bakı Fond Birjası yeni brend kimliyini təqdim edibBu gün, 12:28Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olubBu gün, 12:16Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOBu gün, 12:11İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edibBu gün, 11:52Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edibBu gün, 11:35FHN: Ötən sutka 6 nəfər xilas edilibBu gün, 11:29Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri başlayıbBu gün, 11:14Hərbi qulluqçular İkinci Şəhidlər xiyabanını ziyarət ediblərBu gün, 10:48Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilibBu gün, 10:33Polisin tələbinə əməl etməyən sürücü həbs edilibBu gün, 10:31
Bütün xəbərlər