Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

10:20 - 29 / 11 / 2023
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı noyabrın 28-də polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər