Binədə evdən 10 min manatlıq avadanlıq oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə evdən 10 min manatlıq avadanlıq oğurlanıb

10:42 - 29 / 11 / 2023
Binədə evdən 10 min manatlıq avadanlıq oğurlanıb

Binədə evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər