Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Dino Konakoviçlə görüşüb.
1news.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub.
311