Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandı

Qafar Ağayev17:08 - 30 / 11 / 2023
Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandı

2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. O qeyd edib ki, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiyadan keçəcək.

"Əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan ibtidai sinif və Azərbaycan dili müəllimlərinin də gələn ilin iyun ayında imtahan verməsi üçün şans veriləcək. Bu proses 2025-2026-ci ildə bütün bölgələrdə bu bitəcək".

Paylaş:
3468

Son xəbərlər

Bütün xəbərlər