Bakıda dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

11:02 - 30 / 11 / 2023
Bakıda dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
206

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

26 / 07 / 2025, 13:22
Bütün xəbərlər