Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu

14:30 - 01 / 12 / 2023
Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu

Maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib.

Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub.

2023-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.

“The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
241

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər