AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Praqaya və əks istiqamətdə olan uçuşlar üçün yeni endirim kampaniyasına start verib. Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, kampaniya çərçivəsində Bakıdan Praqaya və əks istiqamətdə biletlərin qiyməti 555 manatdan başlayır. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.
Bu kampaniya sərnişinlərə Praqaya səyahətin planlaşdırılması zamanı qənaət etmək və Çexiya paytaxtının gözəlliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.