“Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir” - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir” - ŞƏRH

Ayşən İsmayılova12:03 - 01 / 12 / 2023
“Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir” - ŞƏRH

“Azərbaycan 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında Qlobola iqlim dəyişməsinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulmuşdur”.

Bunu “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası ilə bağlı 1news.az-a açıqlamasında deyib.

“Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir” iştirakı isə bizim üçün çox böyük bir əhəmiyyət kəsb edir. Azərbaycan artıq "Yaşıl enerji" sahəsində işlərə başlamışdır. Eyni zamanda 3 böyük dövlətlə yaşıl enerji ilə bağlı müqavilələr imzalayıb. Pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunubdur. Biri BƏƏ, biri Səudiyyə Ərəbistanı, digəri isə Avstraliyadır. Bu ölkələrlə "Yaşıl enerji" ilə bağlı 3 böyük müqavilə imzalanıb. Təbii ki, Azərbaycan Dubayda keçiriləcək bu tədbirdə çox böyük əhəmiyyət daşıyır. Birincisi, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoterror ilə bağlı söhbətlərə yer veriləcək. Biz nə qədər səsimizi qaldırsaq, beynəlxalq təşkilatlara bəyənnamələr göndərsək də, bu tədbirdə 100 ölkə başçısı iştirak edəcək. Eyni zamanda 100 min nümayəndənin iştirakı bizim üçün çox önəmli olacaq. Biz artıq orada Ermənistanın təcavüzkar bir dövlət olduğunu, ekoloji terror törətdiyini tam açıq şəkildə ifadə edəcəyik".

İ.Həsənova qeyd edib ki, 1995-ci ildən bu yana hər il BMT-nin İqlim Dəyişməsi ilə bağlı tədbirlər həyata keçirilir və Azərbaycan da bu tədbirlərə qoşulur.

"Söhbət əsasən istixana qazlarının atmosferə tullantılarının qarşısının alınmasından gedir. Bununla bağlı icbari hüquq öhdəlikləri ehtiva edən Kiota protokolu müzakirə olunur.

2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli sənəd hesab olunan Paris sazişi müzakirə edilmiş, 2015-ci ildə isə qəbul edilmişdir. Bu razılaşmaya 195 ölkə qoşulub. Buna görə də artıq Azərbaycanın da burada özünü təmsil etməsi, "Yaşıl enerji"yə start verilməsi təbii ki, çox böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28-də pavilyonla təmsil olunur.

Dubayda dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir.

Prezident İlham Əliyev də konfransda iştirak etmək üçün Dubayda səfərdədir.

Paylaş:
513

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblarBu gün, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTOBu gün, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürübBu gün, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 16:01Rəsmi Bakıdan Paşinyana cavabBu gün, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidirBu gün, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıbBu gün, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıbBu gün, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olubBu gün, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 12:56Bazar gününün hava proqnozuBu gün, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilibBu gün, 12:13Azərbaycan nefti bahalaşıbBu gün, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edibBu gün, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaqBu gün, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”Bu gün, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVABu gün, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıbBu gün, 10:39
Bütün xəbərlər