DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı

Qafar Ağayev12:44 - 01 / 12 / 2023
DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı

Bu il yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, könüllü təhvil verilən silahlardan 24-ü avtomat, 8-i tapança, 502-si ov tüfəngi olub.

Nazirlik bir daha vətəndaşlara müraciət edərək onları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər