AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO
Abşeron rayonunun Saray qəsəbəsində uzunluğu 2 026 metr, eni 8,40 metr təşkil edən Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir.
Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olub.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq layihə çərçivəsində küçənin 1 km-lik hissəsində asfalt-beton örtüyünün döşənməsi yekunlaşdırılıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.