Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə müraciət edib

17:47 - 04 / 12 / 2023
Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə müraciət edib

Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı məlumatda bildirilib.

Qeyd olunub ki, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir.

Dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə, dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına, hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə, uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə təminat verilir.

Uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur:

- dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi,
- həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi,
- daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi.

Bu əməlləri törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir.

Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Paylaş:
330

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər