Salyanda iki hərbçinin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda iki hərbçinin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

12:14 - 04 / 12 / 2023
Salyanda iki hərbçinin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

Saat 09:31

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Salyan şəhəti N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər