8 Noyabr prospektində “Hyundai”la “Toyota” toqquşdu, svetofor sıradan çıxdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

8 Noyabr prospektində “Hyundai”la “Toyota” toqquşdu, svetofor sıradan çıxdı - VİDEO

Qafar Ağayev11:29 - 04 / 12 / 2023
8 Noyabr prospektində “Hyundai”la “Toyota” toqquşdu, svetofor sıradan çıxdı - VİDEO

Ötən gün axşam saatlarında 8 Noyabr prospektində ( Asiman şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidən 1news.az-a verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb.

Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər