Ağdamda mina partlayıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda mina partlayıb, xəsarət alan var

Qafar Ağayev13:19 - 05 / 12 / 2023
Ağdamda mina partlayıb, xəsarət alan var

Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə 1news.az-a agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər