Zakir Həsənov misirli həmkarı ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov misirli həmkarı ilə görüşüb - FOTO

16:21 - 05 / 12 / 2023
Zakir Həsənov misirli həmkarı ilə görüşüb - FOTO

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş:
389

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

26 / 07 / 2025, 13:22
Bütün xəbərlər