Mikayıl Cabbarov Birləşmiş Krallığın ixrac üzrə naziri ilə iki ölkə arasında tərəfdaşlıqdan danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov Birləşmiş Krallığın ixrac üzrə naziri ilə iki ölkə arasında tərəfdaşlıqdan danışdı

Qafar Ağayev16:08 - 06 / 12 / 2023
Mikayıl Cabbarov Birləşmiş Krallığın ixrac üzrə naziri ilə iki ölkə arasında tərəfdaşlıqdan danışdı

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offordla iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.

1news.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixrac üzrə naziri Lord Malkolm Offordla görüşüb.

Nazir Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. Bildirilib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.

Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.

Lord Malkolm Offord ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafına önəm verdiyini, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.

Görüşdə növbəti il Londonda planlaşdırılan İnvestiya Forumunun təşkili, enerji, dekarbonizasiya sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixrac, investisiya, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub.

Paylaş:
439

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər