Lənkəran-Astara zonasında intensiv yağış olub - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran-Astara zonasında intensiv yağış olub - Faktiki hava

Qafar Ağayev09:43 - 06 / 12 / 2023
Lənkəran-Astara zonasında intensiv yağış olub - Faktiki hava

Dekabrın 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi gecə saatlarından 8-13 m/s-dək zəifləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər