Ötən sutka FHN əməkdaşları 11 nəfəri xilas edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka FHN əməkdaşları 11 nəfəri xilas edib

Qafar Ağayev09:54 - 06 / 12 / 2023
Ötən sutka FHN əməkdaşları 11 nəfəri xilas edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər xilas edilib.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər