Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİB
Xəzər dənizində zəlzələ olub.
1news.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
08:25
Azərbaycanda zəlzələ olub.
1news.az xəbər verir ki, zəlzələ Bakı şəhərində və ölkənin digər şəhər və rayonlarında hiss olunub.
Android sistemi ilə çalışan telefonlara gələn bildirişdə zəlzələnin gücünün 5.0 olduğu bildirilir.
Bəzi sosial şəbəkə istifadəçiləri də zəlzələni hiss etdiklərini bildiriblər.
Xəbər yenilənəcək.