Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib - FOTO

Qafar Ağayev19:12 - 07 / 12 / 2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib - FOTO

Dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı baş tutub.

1news.az xəbər verir ki, filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar və vaxtında və məqsədyönlü atılan müdrik addımlarından, bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunub.

Tədbirdə 2023-cü il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması, indiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsinin tamamlanması, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat verilib.

Sammitdə 11 ay ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçinin gəlməsi, bunun isə ötən illə müqayisədə 30 faizdən çox olması, pandemiyadan sonra bərpa prosesinin sürətlə davam etməsi qeyd edilib.

Həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç Yolu Mədəni Landşaftı” maddi-mədəni irs nümunəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb.

Qeyd olunub ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir.

Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işləri davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib.

Tədbirdə ölkəmizin turizm potensialının tanıdılması müxtəlif hədəf bazarlarda aparılan marketinq kampaniyaları, il ərzində 17 beynəlxalq sərgidə iştirak, “BBC”, “CNN”, “Euronews”, “National Geographic” kimi beynəlxalq qlobal xəbər portallarında yüzlərlə məqalə yerləşdirilməsi, rəqəmsal və TV reklamlar verilməsi və digər genişmiqyaslı təbliğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib.

Azərbaycan turizm sənayesi assosiasiyaları tərəfindən “Sənaye assosiasiyası vasitəsilə turizm sənayesi üçün inkişaf imkanları”, “Azərbaycanın qonaqlama sənayesinin inkişaf perspektivləri”, “Azərbaycanda turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı” mövzularında çıxışlar ediblər.

Daha sonra tədbir “Azərbaycanda yerli turizm bizneslərinin fəaliyyəti – uğurlu təcrübələr” mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada yerli turizm sahibkarları uğur qazanmış layihələri barədə təcrübələrini bölüşüblər.

Paylaş:
573

Son xəbərlər

Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27
Bütün xəbərlər