AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi oldu

Qafar Ağayev10:45 - 07 / 12 / 2023
AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi oldu

Rusiyanın “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Elm və Təhsildə ən yüksək nailiyyətlərin VI Beynəlxalq “Təqdimat” müsabiqəsinin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki, müsabiqədə MDB ölkələrindən elm adamları, ali təhsil və elmi-tədqiqat müəssisələri iştirak edib.
Müsabiqənin Təşkilat Komitəsinin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşib.

Nəticələrinə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üç nominasiya üzrə qalib olub. Ali təhsil müəssisəsində uğurlu idarəetmə kefiyyətlərinə, elm və təhsil sahəsində göstərdiyi yüksək naliyyətlərə və xüsusilə elmin inkişafına verdiyi töhfələrə görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “İlin Rektoru-2023” nominasiyası üzrə qalib olub. “İlin kafedrası-2023” nominasiyası üzrə isə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrası qaliblər sırasında yer alıb. Bununla yanaşı, “İlin layihəsi-2023” nominasiyası üzrə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun baş redaktorluğu ilə nəşr olunan “Tikinti iqtisadiyyatı və menecmenti” elmi-praktik jurnal qalib olub.

Hər nominasiya üzrə birinci yeri tutan müsabiqə qaliblərinə kubok və diplomlar təqdim edilib.

Qeyd edək ki, “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzi qlobal arenada elmi adamlarına keyfiyyətli tədqiqat, ekspert təhlili, konsaltinq, redaksiya, informasiya, tərcümə və nəşr xidmətləri göstərmək məqsədi ilə yaradılıb. Elmi məqalələr toplularının yaradılması, müəllif və kollektiv monoqrafiyaların nəşri, Rusiya və əcnəbi alimlərin tədqiqatlarının nəticələrinin sistemləşdirilməsinə və nəşrinə yönəlmiş beynəlxalq konfransların təşkil edilməsi, fəal şəbəkələşmə çərçivəsində tədqiqatlar aparmaq üçün yerli, regional, milli və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin qurulması Mərkəzin işinin aparıcı istiqamətlərindəndir.

Paylaş:
548

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər