MSK 2014-cü il fevranın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edib | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK 2014-cü il fevranın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edib

Qafar Ağayev16:20 - 08 / 12 / 2023
MSK 2014-cü il fevranın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edib

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.

1news.az xəbər verir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər