Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

17:00 - 30 / 11 / 2023
Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

16-20 noyabr 2023-cü il tarixlərində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi keçirilib.

Məktəblilər 5 gün ərzində hər gün 8 saatlıq hazırlıq prosesinə qoşulub. Qeyd edək ki, payız məktəbinin iştirakçıları informatika fənni üzrə Respublika fənn olimpiadalarında finala qədər yüksəlmiş şagirdlər arasında keçirilən seçmə imtahan əsasında müəyyən ediliblər. Ümumilikdə 40 saat ərzində 2 diviziyada keçirilən təlimlər olimpiada mövzularının nəzəri və praktiki izahı, həmçinin beynəlxalq yarışlarda təqdim edilmiş tapşırıqların müzakirəsi əsasında təşkil edilib.

İştirakçıların dünyanın qabaqcıl universitetlərinin məzunları ilə görüşmək imkanı da olub. Belə ki, dövlət proqramı əsasında Oksford universitetində robotexnika üzrə fəlsəfə doktoru ixtisasından məzun olmuş Tərlan Süleymanov və Massaçusets Texnologiya İnstitutun İdarəetmə məktəbini məgistr dərəcəsi üzrə bitirmiş Ramil Məhərrəmov şagirdlərə informatika olimpiadalarının gələcək peşə və karyera seçimində üstünlükləri haqqında öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, məktəblilərimizin İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prossesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Reklam hüququnda

Paylaş:
55

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər