Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

18:07 - 09 / 12 / 2023
Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri və Qadınlarla İş şöbəsinin nümayəndələri tərəfindən bir neçə hərbi hissədə seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşlərdə hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib. Bu sahədə mövcud məsələlər müzakirə olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər