2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb - FOTO

Qafar Ağayev13:34 - 10 / 12 / 2023
2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb - FOTO

Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib.

1news.az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ilinin rəsmi bağlanış mərasimində həmçinin Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olunub.

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova sertifikat verilib.

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər